олимпиадные задания по литературе
олимпиадные задания (9, 10, 11 класс) на тему

Мамедова Тамила Бабаевна

Предварительный просмотр:

Ədəbiyyat  9 – ci sinif   9

Şagirdin adı soyadı: ___________________________________________                        Tarix: _____ __201_ – cı il

1.Biri epik növə aid edilə bilməz:

A)Bu növdə olan əsərlərdə bir-biri ilə əlaqədar olan çoxlu əhvalat və hadisə, insan obrazları, onların həyatı, fəaliyyəti, cəmiyyəti düşündürən problemlər əhatəli təsvir olunur.

B)Bu növə daxil olan janrlarda həyat hadisələri daha çox təhkiyə, nağılolunma yolu ilə verilir.

C)Bu növdə təsvir də mühüm yer tutur.

D)Bu növün qəzəl, qəsidə, qitə, rübai kimi janrları var.

E)Hekayə, novella, nağıl, povest, dastan kimi janrlar epik növə aiddir.

2.“Koroğlu və Bolu bəy” qolunda bir-birinə zidd olan əxlaqlar hansı bənddə verilmişdir?

A)Mərdlik, qorxaqlıq             B)Mərdlik, səmimilik       C)Qorxaqlıq, yaltaqlıq        D)Təvazökarlıq, igidlik      E)Acizlik, yaltaqlıq

3. Fikirlərdən biri Molla Pənah Vaqifin “Hayıf ki yoxdur” qoşmasına aiddir:

A)Əsərdə ictimai mətləblər öz əksini tapmışdır.                B)Heca vəznində olub, qoşma janrında yazılmışdır.

C)Şeirin son bəndində şair öz adını çəkmişdir.                  D)Misradaxili bölgüsü 3+5 şəklindədir.

E)Şeirin bədii təsir gücünü artırmaq məqsədilə şair bədii təsvir vasitələrinin bir neçəsindən istifadə etmişdir.

4. Aşağıda verilən şeir parçasının müəllifi kimdir?

Başına döndüyüm ay qəşəng Pəri,

Adətdi, dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə dər, dəstə bağla,

Tər buxaq altında düz bənövşəni

A)M. P. Vaqif      B) Qurbani       C) Q. Zakir        D) Aşıq Ələsgər       E) İ. Nəsimi

5. XII əsrdə yaşayıb yaratmış sənətkarı göstərin.

A)Xaqani      B) İ. Nəsimi        C) M. Füzuli       D) Aşıq Ələsgər       E) Q. Bürhanəddin

6. Verilənlərdən biri İmadəddin Nəsiminin “Ağrımaz” qəzəlinə aid edilə bilməz:

A)Əruz vəznində yazılmışdır.        B)Ehtimal olunur ki, bu qəzəl edam öncəsi yazılmışdır.

C)Əsərdə başlıca fikir, ideya saf məhəbbətdir.       D)Qəzəli oxuduqca cəsarətli, yenilməz insan obrazı gözümüz önündə canlanır.

E)Şeirin bədii təsir gücünü artırmaq məqsədilə şair bədii təzadlardan istifadə etmişdir.

7. Sənətkarlardan birini Orta Dövr Azərbaycan ədəbiyyatına aid etmək olmaz.

A)Şah İsmayıl Xətayi      B) İmadəddin Nəsimi        C) Həbibi      D) Qazi Bürhanəddin          E) Molla Pənah Vaqif

8. Verilən nümunə hansı bədii əsərdəndir?

Qazılıq qoca etibarlı qocaları yanına cəmlədi. Yataq-yarağı ilə yola düşdü. Çox dağlar, dərə-təpələr aşdı, keçdi. Günlərin bir günü Düzmürd qalasına gəldi. O qalanın bir təkuru vardı. Adına Arşın oğlu Dirək təkur deyərdilər. O kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq gürz atardı. Ən möhkəm yayı da çəkərdi...

A)“Koroğlu və Bolu bəy”               B)“Kitabi – Dədə Qorqud” dastanından    

C)Nizaminin “Xəmsə”sindən                   D)Xaqaninin “Gənclərə nəsihət” əsərindən

 E)“Keçəl Həmzənin Qıratı qaçırması” qolundan

9. “Bahariyyə” əsərinin müəllifi kimdir?

A) İmadəddin Nəsimi          B) Qazi Bürhanəddin       C)Həbibi       D) Əsər dərvişlər tərəfindən yazılıb         E)Şah İsmayıl Xətayi

10. “Bahariyyə” əsəri haqqında hansı fikir səhvdir?

A)Əsərdə baharın gəlişi ilə təbiətdə baş verən canlanma, onun min rəngə boyanması ən xırda incəliklərinə qədər əks etdirilmişdir.

B)Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır.     C) Müəllifi Şah İsmayıl Xətayidir.    D) Əsər XVII əsrin sonlarında yazılmışdır.  E)Söz sənətkarlarımız baharın təsvirinə tez-tez müraciət etmişlər. Bu təsvir bahariyyə adlanır.

11.Əruz vəznində yazılan əsərləri göstərin.

1.qoşma     2.qəzəl      3.rübai      4.gəraylı    

A) 1,2      B) 2, 4            C) 3, 4          D) 2.3          E) 1,4

12.  Mir Cəlalın aşağıda verilmiş fikirləri hansı sənətkara aiddir?

O, ana dilimizdə yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisidir. O, qəzəllərində bütün keçmiş ədəbi irsin nailiyyət və zənginliklərini inkişaf etdirmiş, öz dühası ilə Azərbaycanda lirik şeirin ən yüksək nümunələrini yaratmışdır.

A) Məhəmməd Füzuliyə              B) Qazi Bürhanəddinə   C)Xaqani Şirvaniyə        D) Aşıq Ələsgərə  E)İmadəddin Nəsimiyə

13. Sənətkarlarımızın VII əsrdən başlayaraq ərəb dilində yazıb-yaratmasına səbəb:

A) Hökmdarların tələbi           B) Bu dildə yazmağın asanlığı          C)Ərəblərin Azərbaycanı işğal etməsi        

D) Bütün Azərbaycan əhalisi yalnız bu dili bildiyi üçün             E)Yerli əhalinin tələbi

14. Fikirlərdən biri N. Gəncəvinin “Sirlər xəzinəsi” poemasına aid edilə bilməz:

A)Nizaminin ilk poemasıdır.     B)Poemada həyat hadisələri, obrazların taleyi geniş təsvir edilib.

C)Zəmanə hökmdarlarını ədalətli olmağa çağırış var.          D)Şairin hiss və duyğuları qabarıq şəkildə verilmişdir.

E)Əhalinin zəmanə hökmdarlarından razı olduğu göstərilir.

15. Ulu babalarımızın “Dədə Qorqud” dastanında hansı adət-ənənələri yaşadırlar?

__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

                                            Düz cavab: ______      Səhv cavab: _____     Qiymət: _______

9 sinif

  1. "Padişahi- mülk" əsərində pul vahidi?
  1. Ləşkəri, kişvəri
  2. Azn
  3. Dövrani-fələk
  4. Tümən
  5. Dinarü dirəm

  1. "Padişahi-mülk" əsərin müəllifi kimdir?
  1. Məhəmməd Füzuli
  2. Məhsəti Gəncəvi
  3. Qətran Təbrizi
  4. Şah İsmayıl Xətayi
  5. Nizami Gəncəvi

  1. Məhəmməd Füzuli anadan olmuşdur:
  1. 1497 – ci ildə Bağdad şəhərində
  2. 1494 – cü ildə Kərbəla şəhərində
  3. 1498 – cü ildə Hələb şəhərində
  4. 1496 – cı ildə Bağdad şəhərində

  1. Məhəmməd Füzuli bu dildə yazmağa üstünlük verirdi:
  1. Azərbaycan dilində
  2. Həm fars, həm də ərəb dilində
  3. Ərəb dilində
  4. Fars dilində

  1. Füzulinin alleqorik poemalarına aid deyil:
  1. “ Leyli və Məcnun ”
  2. “ Söhbətül – əsmar ”
  3. “ Həft cam ”
  4. “ Bəngü Badə ”

  1. Füzulinin fəlsəfi fikirləri əks olunmuşdu:
  1. “ Leyli və Məcnun ”
  2. “ Bəngü Badə ”
  3. “ Həft Cam ”
  4. “ Söhbətül – Əsmar ”

  1. “ Padişahi – mülk ” yazılmışdır:
  1. Qəzəl janrında
  2. Qitə janrında
  3. Müxəmməs janrında
  4. Məsnəvi janrında

  1. Məhəmməd Füzulinin Padşahı Mülk qitəsi hansı bəhrdədir?
  1. xəfif
  2. həzəc
  3. rəməl
  4. rəzəc

  1. Məhəmməd Füzulinin təxəllüsü nə olub?
  1. Bağdadı
  2. Seydi
  3. Qüdsi
  4. Hüseyni
  5. Füzuli

  1. Məhəmməd Füzuli "Bəngü Badə" adlı əsərini kimə həsr edib?
  1. Şah Hüseynə
  2. II Təhmasibə
  3. Sultan Süleymana
  4. Şah İsmayıl Xətayiyə
  5. I Təhmasibə

  1. Məhəmməd Füzuli hansı əsərini qədim yunan filosoflardan təsirlənərək yazmışdır?
  1. "Ənisül-qəlb"
  2. "Leyli və Məcnun"
  3. "Bəngü Badə"
  4. "Mətləül-etiqad"
  5. "Söhbətül- əsmar"

  1. Məhəmməd Füzulinin alleqorik poeması hansıdır?
  1. "Padişahi-mülk"
  2. "Leyli və Məcnun"
  3. "Söhbətül əsmar"
  4. "Divan"
  5. Belə poeması yoxdur

  1. Füzulinin ölum səbəbi?
  1. qətlə yetirilməsi
  2. taun xəstəliyindən ölməsi
  3. şeir yazarkən ölməsi
  4. edam edilməsi
  5. öz -özünə ölməsi

  1. Ş.İ.Xətayi hansı dillərdə yazıb yaratmışdır?
  1. ancaq fars dilində
  2. həm Azərbaycan, həm fars dilində
  3. ancaq ərəb
  4. Azərbaycan , ərəb , fars dillərində
  5. Azərbaycan

  1. "Dəhnamə" məsnəvisi əruzun hansı bəhrində yazılmışdır?
  1. həzəc
  2. xəfif
  3. münsərih
  4. rəməl
  5. rəcəz

  1. Ş.İ. Xətai hansı vəznlərdə yazıb yaratmışdır?
  1. sərbəst
  2. həm əruz, həm heca vəznində
  3. ancaq heca
  4. əruz vəznində
  5. heca, əruz, sərbəst vəznlərdə

  1. Azərbaycan ədəbiyyatında ilk dəfə "Bahariyyədən" istifadə edərək novatorluq etmiş sənətkar?
  1. Q. Burhanəddin
  2. İ. Nəsimi
  3. Ruhi
  4. Zəmiri
  5. Ş.İ. Xətai

  1. "Bahariyyə" hansı mövzuda yazılmışdır?
  1. Təbiət
  2. Müharibə
  3. Nəsihət
  4. Dostluq
  5. Sevgi

  1. Şah İsmayıl Xətayinin poeması hansılardır?
  1. "Dəhnamə"
  2. "Töhfətül-İraqeyn"
  3. "Bahariyyə"
  4. "Daxma"
  5. "Bəngü Badə

                                            Düz cavab: ______      Səhv cavab: _____     Qiymət: _______



Предварительный просмотр:

                   

                   A.İldırım “ A dağlar ”

Çiçəkli qoynunda bir bağça tikdim              Söylə nədən dəli Kürüm çağlamaz                

Suvara-suvara göz yaşı tökdüm                   İçdən coşub öz gününə ağlamaz

Gecə-gündüz əməyini mən çəkdim             Göy Muğanım nədən yaşıl bağlamaz            

Yoldu meyvəsini yellər,a dağlar .                Dərdlimdir o Göy göllə, a dağlar...

Nədən küskün yaxasındakı bülbüllər          Söylə,şalğalarım nədən yaslıdır?

Harda mana layla çalan o dillər                   Köksündəki qılınc,qalxan paslıdır?

Mən səslənsəm ellər,ellər,ay ellər               Şairlərin nədən həzin səslidir

Əksi-səda gəlir: “ellər”... a dağlar.              Qərib sazda qırıq tellər, a dağlar.

Söylə,nədən səs verməyir Xəzərim             A dağlar,a dağlar,söylə,a dağlar,

Mən ki onun hər dərdini yazanam               Olurmu aşinalıq böylə,a dağlar

Sürgün olub, uğurunda həp gəzərəm           Yaman günüm yaxşı eylə a dağlar  

Qismətim bu uzun yollar, a dağlar              Sana qurban bu  könülə,a dağlar.

1.Əsərin lirik növdə olduğunu əsaslandırın.Fikirinizi qısaca yazın?

______________________________________________________________________________________________________________________________________________________________________________

2.Şeirdəki bədii təsvir ifadə vasitələrini müəyyənləşdirib cədvələ yazın?

 

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar

Onların növü

3.Şeir hansı mövzuda yazılıb.

A.Vətən       B.təbiət             C.həsrət               D.qəhramanlıq                     E.əmək

4.Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın?

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar

Onların növü

5.Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulur.

             Söylə, Şahdağım nədən yaslıdır?

             Köküsündəki qılınc, qalxan paslıdır?

             Şairlərin nədən həzin səslidir,

            Qərib sazda qırıq tellə, a dağlar?

a)Qorxu,Çaşqınlıq                     b)Fərəh,heyranlıq                  c)Kədər,təssüf

d)Laqeyidlik,soyuqluq              e)Çağrış,döyüşkənlik.

6.”Aşna” sözünün mənası hansı variantda düzgün verilib?

a)Bir obada yaşayan xalq,el

b)Eli mübarizəyə səsləyən şəxs

c)Bir nəslin,ulusun böyüyün.

d)İki şəxs arasındakı dostluq mehribanlıq.

e)Xalqı düşməndən qoruyan igid.

7.Şərti işarələrdən istifadə etməklə bənddə fasilələrin yerini,məntiqi vurğulu sözlərin yerini göstərin.

                     Söylə,nədən dəli Kürüm çağlamaz

                     İçdən coşub öz gününə ağlamaz

                     Göy Muğanım nədən yaşıl bağlamaz

                     Dərdlimdir o Göy göllər,a dağlar

8.Şeirin vəznini və janrını əsaslandırıb yazın?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

9.Şeiri A.Ələsgərin “Dağlar” şeiri ilə müqyisə edin?

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10.Şeirlə bağlı hansı fikir səhvdir?

a.Şeir mühaçirətdə yazılıb.            

b.Əsərdə vətən həsrəti öz əksini tapıb.        

d)Şeirdə Göy gölün tamaşası əksini tapıb

c.Şeirdə dağların gözəlliyi təsvir olunub.      

e)Əsərdə ölkənin,dağların işğalından söhbət gedir.

11.Şairin sürgündə olması şeirin hansı bəndində əksini tapıb.

a)2          b)3             d)5              c)6                 e)5

12.Mühacirətdə olan hansı yazıçıları xatırlayırsınız?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

13.Qoşmada verilmiş zəngin qafiyəli bəndi göstərin.

a)1          b)5                c)4                d)3                 e)2

14.Əsərdəki başlıca fikir ideya sizcə nədir? _____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10  sinif

  1. Elçin neçənci ildə anadan olub:
  1. 1955
  2. 1954
  3. 1956
  4. 1943
  5. 1958

  1. ''Bülbülün nağılı'' əsərində bülbülün axırı necə olur?
  1. mahnı oxuyur
  2. uçub gedir
  3. yaşayır
  4. vəfat edir

  1. Bülbülün nağılı hekayəsi haqqında məlumat?
  1. məlumat
  2. fikir
  3. savad
  4. anlayış
  5. cavab

  1. Elçin  ədəbi yaradıcılığa neçənci ildə çap etdirdiyi  hekayə ilə başlamışdır?
  1. 1937
  2. 1959
  3. 1960
  4. 1961
  5. 1953

  1. "Bülbülün nağılı" kimin əsəridir?
  1. Abbas Səhhətin
  2. Səməd Vurğunun
  3. Mikayıl Müşfiqin
  4. İlyas Əfəndiyevin
  5. Elçinin

  1. Elçin  ədəbi fəaliyyətə neçənci ildə  başlamışdır?
  1. 1959- cu ildə
  2. 1988- ci ildə
  3. 1956- ci ildə
  4. 1955 -ci ildə
  5. 1878- ci ildə

  1. Məmməd Araz vəfat edib:
  1. 2004
  2. 1987
  3. 1998
  4. 1933
  5. 1999

  1. "Yanın, işıqlarım" şeiri neçənci ildə çap olunub?
  1. 1966
  2. 1962
  3. 1974
  4. 1952
  5. 1965

  1. Anar neçənci ildə anadan olub?
  1. 1935
  2. 1938
  3. 1939
  4. 1937
  5. 1936

  1. Anar bədii yaradıcılığa hansı əsəri ilə başlayıb?
  1. “Ağ liman"
  2. "Gün keçdi"
  3. "Baladadaşın ilk məhəbbəti"
  4. "Mənim dilim"
  5. "Keçən ilin son gecəsi"

  1. Xəlil Rza vəfat edib?
  1. 2004
  2. 1994
  3. 2000
  4. 1996
  5. 1999

  1. Xəlil Rza anadan olub:
  1. 1935
  2. 1933
  3. 1944
  4. 1932
  5. 1934

  1. Biri Xəlil Rzanın poemasıdır:
  1. "Layla"
  2. "Vicdan"
  3. "Məhəbbət dastanı"
  4. "Ana"
  5. "Lefortovo dəftəri"

  1. Bunlardan biri Bəxtiyar Vahabzadənin yazdığı pyesdir:
  1. "Mərziyyə"
  2. "Fəryad"
  3. "Etiraf"
  4. "Muğam"
  5. "Gülüstan"

  1. Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" əsərinin başqa adı nədir?
  1. "Göytürklər"
  2. "Vicdan"
  3. "Dar ağacı"
  4. "Etiraf"

  1. Bunlardan biri Bəxtiyar Vahabzadənin yazdığı poemadır.
  1. "Etiraf"
  2. "Vicdan"
  3. "İkinci səs"
  4. Poeması yoxdur
  5. "Yağışdan sonra"

  1. Bəxtiyar Vahabzadə yaradıcılığa nə zaman başlayıb?
  1. uşaqlıq vaxtlarından
  2. XIX əsrdə
  3. XX əsrin sonlarında
  4. İkinci dünya müharibəsi illərində
  5. 1947- ci ildə

  1. "Bayraq" şeirini kim yazıb?
  1. Axundov
  2. Anar
  3. Rəsul Rza
  4. Bəxtiyar Vahabzadə
  5. Cəfər cabbarlı

  1. Bəxtiyar Vahabzadənin "Mənim dostlarım" adlı ilk kitabı neçənci ildə nəşr olunub?
  1. 1952
  2. 1949
  3. 1935
  4. 1926
  5. 1924

  1. İsa Hüseynov nə vaxt anandan olmuşdur?
  1. 1920
  2. 1928
  3. 1938
  4. 1925



Предварительный просмотр:

XI sinif         I variant

     Şagirdin soyadı və adı_____________________________                           Tarix______________

1.“Avesta”  hansı xalqın ədəbi abidəsidir və burada nəyin mübarizəsi öz əksini tapmışdır?

________________________________________________________________________________________________________________________________________________________________________________________

2.Türk dünyasının ilk ensiklopediyası hansı kitab sayılır və həmin kitaba nələr daxil edilmişdir?

________________________________________________________________________________________________________________________________________________________________________________________

3.Azərbaycanda farsca yazmaq ənənəsi nə vaxtdan başlayır?

____________________________________________________________________________________________

4.XI - XII əsrlərdə yaranan ədəbiyyatımız necə dəyərləndirilir ?

___________________________________________________________________________________________

5.Kim hansı əsəri ilə intibah poeziyasının zirvəsi hesab olunur?

___________________________________________________________________________________________

6.XIII – XVI əsrlər Azərbaycan ədəbiyyatının ən mühüm ədəbi hadisələri hansılardır?

__________________________________________________________________________________________

7.“Dastani-Əhməd Hərami” poemasının müəllifi kimdir və hmin əsər Azərbaycan ədəbiyyatında hansı yeri tutur?

__________________________________________________________________________________________

                            8-13 sualların qiymətləndirməsi   “ Mənim... ”əsəri üzrə aparılır       

Müstədam olğıl həmişə,ey gözəl xanım mənim,

Gözləri nərgiz,yüzü gül,zülfü reyhanım mənim.

Gün yüzün gördükcə,vallahi,bu könlüm şad olur,

Həq səni var eyləsün,dövlətli sultanım mənim.

Sən fərağət,şadü xürrəm,mən qılıram nalələr,

Xoşmidir,dilbər,sana bu ahü əfğanım mənim?

Həsrətindən xəstə oldum,dərdimi bilməz təbib,

Dilbəra,vəslindədir,var istə dərmanım mənim.

Ey Həbibim,iştə qori mədhini təkrar edəm,

Bülbüli-şuridənəm,sənsən gülistanım mənim.

8.Şeir hansı mövuda yazılmışdır?Fikrinizi əsaslandırın.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

9.Şeirdə tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10.Həmin sözlərin alınma,yaxud dilimizə aid olduğunu əsaslandırın.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________________________________________________________

11.Əsərdə lirik qəhrəmanın hansı hiss və düşüncələri əks olunub?Fikrinizi əsərdən nümunələr gətirməklə əsaslandırın.___________________________________________________________

___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

12.Şeirdəki məcazların bədiiliyin,obrazlılığın artmasındakı rolunu nümunələrlə əsaslandırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

13.Şeir hansı vəzndə və janrda yazılmışdır?Fikrinizi nümunələrlə əsaslandırın.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

                14-16 sualların qiymətləndirməsi  “Eyləsəm səfər”əsəri üzrə aparılır         

İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simuzər.

Orada şairə qiymət verən var, 
Xəzinəm ləl ilə, gövhərlə dolar.

Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.

Bakir sözlərimin aşiqi olan
Ariflər əlimi öpər hər zaman.

Nemətə, dövlətə qərq olaram mən, 
Barınar el-oba mənim süfrəmdən.

Lakin üzüm gülməz, gözlərim ağlar...

Qəlbimdə dağ qədər ağır intizar.

Vətən həsrətilə töküb göz yaşı,
«Ah, vətən!» deyirəm mən hər söz başı.

Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xanıman qurdum.

İndisə acığın tutmuşdur mana, 
Sənin qucağından ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz
O şəhər də mənə doğmadır, əziz.

Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.

Anasından küsən körpə bir uşaq
Ata ağuşunda yer tapar ancaq . . .

14.Əsərdəki başlıca fikir-ideya,sizcə,nədir?

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

15.Şeirin sizdə doğurduğu təəssüratı qısaca yazın.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

16.Müəllifin Təbrizi doğma, əziz, ata  adlandırmasının səbəbini necə izah edərsiniz?

________________________________________________________________________________________________________________________________________________________________________________________

17-20 sualların qiymətləndirməsi  M.Əmaninin “Seyr elə...”əsəri üzrə aparılır.

Bahar oldu, təzə güllər açıldı,

Sərvinazım, sallanubən seyr elə.

Şükufə ovrağı hər yan saçıldı,

Sərvinazım, sallanubən seyr elə.

Can bəslənir etidalı-həvadin,

Dərdli olan çəkməz minət dəvadin,

Hər məqamda qulaq dolar nəvadin,

Sərvinazım, sallanubən seyr elə.

Müəssərdür əndəlibdin nalələr,

Saçmış incü səbzə üzrə jalələr,

Eşq odundin dağlar qoymuş lalələr,

Sərvinazım, səllanubən seyr elə.

Hər səhfəsin tərtib etmiş gülün ğeyb,

Öylə kim, heç tapmaq olmaz anda eyb,

Ğənimətdir yetişməgəy vəqti-peyb,

Sərvinazım, səllanubən seyr elə.

Yaz fəslində səhər quşlar əlhani

Mədhuş edər idrak edən insani,

Birtəkəllüf xürrəm olsun Əmani,

Sərvinazım, sallanubən seyr elə.

Ağzın sirrin gönçə guya eyləmiş,

Ğəmzən sehrin nərgis peyda eyləmiş,

Laləni rüxsarın rüsva eyləmiş,

Sərvinazım, səllanubən seyr elə.

Xürrəm olmuş səbzələrdin hər vadi,

Əndəlibi nadan etmiş gül yadi,

Xəcil etgil ənər ilə şümşadi,

Sərvinazım, səllanubən seyr elə

 

17.Şeir hansı mövzuda yazılmışdır? Fikirinizi əsaslandırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________

18.Şeirdə tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________

19.Müəyyənləşdirdiyiniz sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________

20.Şeir hansı vəzndə və janrda yazılmışdır? Fikirinizi nümunələrlə əsaslandırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________

                                          Düz_____ səhv_____ cavabsız_______ qiymət_________       

                         

XI sinif  

II variant

     Şagirdin soyadı və adı__________________________________  Tarix______________

1.Orta əsr dünyasının poeziya zirvəsini kim fəth etmişdir?

____________________________________________________________________________________

2.Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ölkənin sosial-mədəni həyatında hansı rolu oynamış və hansı ideyaların güclənməsinə təsir göstərmişdir?

____________________________________________________________________________________

3.Nağıllar məzmun etibarı ilə neçə yerə bölünür və hansılardır?

________________________________________________________________________________________________________________________________________________________________________

4.“Kitabi-Dədə Qorqud” dastanında əksini tapmış mühüm problemlər və başlıca ideyalar hansılardır?

________________________________________________________________________________________________________________________________________________________________________________________

5.“Oğuzların düşmənə qalib gəlməsinin səbəbini nədə görürəm?” mövzusunda esse yazın.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

7. Gün yüzün gördükcə,vallahi,bu könlüm şad olur,

Həq səni var eyləsün,dövlətli sultanım mənim.

b) Beytin üzərində ifadəli oxu ilə bağlı şərti işarələr qoyun.

c) Bəndin oxusunda səsdə hansı çalarlar yaranır,nə üçün?

Fikrinizi əsaslandırın.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

         

                            8-13 sualların qiymətləndirməsi   “ Mənim... ”əsəri üzrə aparılır.

     

Müstədam olğıl həmişə,ey gözəl xanım mənim,

Gözləri nərgiz,yüzü gül,zülfü reyhanım mənim.

Gün yüzün gördükcə,vallahi,bu könlüm şad olur,

Həq səni var eyləsün,dövlətli sultanım mənim.

Sən fərağət,şadü xürrəm,mən qılıram nalələr,

Xoşmidir,dilbər,sana bu ahü əfğanım mənim?

Həsrətindən xəstə oldum,dərdimi bilməz təbib,

Dilbəra,vəslindədir,var istə dərmanım mənim.

Ey Həbibim,iştə qori mədhini təkrar edəm,

Bülbüli-şuridənəm,sənsən gülistanım mənim

8.Şeiri məhəbbət mövzusunda öyrəndiyiniz bir əsərlə müqayisə edin,gəldiyiniz nəticəni yığcam yazın.

___________________________________________________________________________________________

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

9.Əsərdəki başlıca fikir-ideya,sizcə,nədir?

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10.Şeirin sizdə doğurduğu təəssüratı qısaca yazın.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

14-16 sualların qiymətləndirməsi  “Eyləsəm səfər”əsəri üzrə aparılır         

İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simuzər.

Orada şairə qiymət verən var, 
Xəzinəm ləl ilə, gövhərlə dolar.

Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.

Bakir sözlərimin aşiqi olan
Ariflər əlimi öpər hər zaman.

Nemətə, dövlətə qərq olaram mən, 
Barınar el-oba mənim süfrəmdən.

Lakin üzüm gülməz, gözlərim ağlar...

Qəlbimdə dağ qədər ağır intizar.

Vətən həsrətilə töküb göz yaşı,
«Ah, vətən!» deyirəm mən hər söz başı.

Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xanıman qurdum.

İndisə acığın tutmuşdur mana, 
Sənin qucağından ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz
O şəhər də mənə doğmadır, əziz.

Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.

Anasından küsən körpə bir uşaq
Ata ağuşunda yer tapar ancaq

14.Şeir hansı mövuda yazılmışdır?Fikrinizi əsaslandırın.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

15.Şeirdə tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

16.Həmin sözlərin alınma,yaxud dilimizə aid olduğunu əsaslandırın.

______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

17-20 sualların qiymətləndirməsi  M.Əmaninin “Seyr elə...”əsəri üzrə aparılır.

Bahar oldu, təzə güllər açıldı,

Sərvinazım, sallanubən seyr elə.

Şükufə ovrağı hər yan saçıldı,

Sərvinazım, sallanubən seyr elə.

Can bəslənir etidalı-həvadin,

Dərdli olan çəkməz minət dəvadin,

Hər məqamda qulaq dolar nəvadin,

Sərvinazım, sallanubən seyr elə.

Müəssərdür əndəlibdin nalələr,

Saçmış incü səbzə üzrə jalələr,

Eşq odundin dağlar qoymuş lalələr,

Sərvinazım, səllanubən seyr elə.

Hər səhfəsin tərtib etmiş gülün ğeyb,

Öylə kim, heç tapmaq olmaz anda eyb,

Ğənimətdir yetişməgəy vəqti-peyb,

Sərvinazım, səllanubən seyr elə.

Yaz fəslində səhər quşlar əlhani

Mədhuş edər idrak edən insani,

Birtəkəllüf xürrəm olsun Əmani,

Sərvinazım, sallanubən seyr elə.

Ağzın sirrin gönçə guya eyləmiş,

Ğəmzən sehrin nərgis peyda eyləmiş,

Laləni rüxsarın rüsva eyləmiş,

Sərvinazım, səllanubən seyr elə.

Xürrəm olmuş səbzələrdin hər vadi,

Əndəlibi nadan etmiş gül yadi,

Xəcil etgil ənər ilə şümşadi,

Sərvinazım, səllanubən seyr elə

17.Lirik qəhraman təbiətə və sevgilisinə necə münasibət bəsləyir? Fikirinizi əsərdən nümunələr gətirməklə əsaslandırın.

__________________________________________________________________________________________________________________________________________________________________________

18.Şeirdəki məcazların bədiiliyin, obrazlılığın artmasındakı rolunu müəyyənləşdirin. Fikrinizi nümunələrlə əsaslandırın.

__________________________________________________________________________________________________________________________________________________________________________

19.Şeiri Ş.İ.Xətayinin “Dəhnamə” poemasından “Bahariyyə” parçası ilə müqayisə edib gəldiyiniz nəticəni qısaca yazın.

__________________________________________________________________________________________________________________________________________________________________________

20.Əsərdəki başlıca fikir-ideya, sizcə, nədir?

________________________________________________________________________________________________________________________________________________________________________________________

                         Düz_______ səhv_______ cavabsız_______ qiymət___________


По теме: методические разработки, презентации и конспекты

Олимпиадные задания по литературе.

В данном документе представлены олимпиадные задания для учащихся с 5 по 11 класс. Кроме заданий даны и ответы для облегчения проверки учителям....

Олимпиадные задания по литературе 5 - 11 класс

Собран материал  для подготовки   школьников с 5 по 11 класс  к  олимпиаде по литературе.  К некоторым заданиям есть ответы....

Олимпиадные задания по литературе 5 класс

Эта олимпиада проводилась в 2010-2011 учебном году. Задания можно использовать для подготовки к олимпиаде...

Олимпиадные задания по литературе 6 класс

Эта олимпиада проводилась в 2010-2011 учебном году. Задания можно использовать для подготовки учащихся 6 класса...

Олимпиадные задания по литературе

Данные задания предназначены для проведения олимпиады по литературе в 5-8 классах....

Олимпиадные задания по литературе

Литература1 -й  (ШКОЛЬНЫЙ) ЭТАП ОЛИМПИАДЫ       Предлагаемые задания школьного этапа Всероссийской олимпиады школьников по литературе составлены с учетом струк...