открытое мероприятие
методическая разработка по теме

Мамедова Тамила Бабаевна

В данной файле представлена методическая разработка внеклассного мероприятия "Ədəbiyyat xəzinəsi" с использованием cлайдовой презентации. Подобные мероприятия позволяют проверить знание литературных  произведений, создают комфортные условия для развития интеллектуальных, коммуникативных творческих способностей учащихся.

Скачать:


Предварительный просмотр:

Ədəbiyyat xəzinəsi

 Müəllim:   Salam əziz qonaqlar,müəllimlər və şagirdlər. Xoş gəlmisiniz bizim məclisimizə. Bildiyiniz kimi, (slayd) 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur.

Həmin gün biz məktəbimizdə, Ana dilinin əhəmiyyəti ilə bağlı “Ədəbiyyat xəzinəsi” adlanan  tədbir keçiririk.

Lalələr rəqsi

Müəllim:  Uşaqlar, gördüyünüz kimi qonaqlarımız var. Onlar sizin ana bili bilməyinizə, yaradıcılıq və tədqıqatçılıq işinizə qeymət verəcəklər.Ona görə siz aktiv iştirak etmılisiniz. Savadlı insanlara maraqlı nə ola bilər? Əlbəttə, Azərbaycan ədəbiyyatı və onun müxtəlif formalarında ifadə olunması.  

Sual: Ədəbiyyat nə deməkdir?

Cavab: Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.

Sual:    Ədəbiyyat hansı dildən gələn sözdür?

Cavab:  Ərəb

Sual:    Mənası?

Cavab: Gözəllik, zəriflik, incəlik, tərbiyə, bilik, elm deməkdir.

Sual:    Kim deyər ədəbiyyatın neçə növü var?

Cavab:  2

Sual:     Növlər necə adlanır?

Cavab:  Yazılı və şifahi.

Sual:     Şifahi ədəbiyyata hansı əsərləri aid etmək olar?

Cavab:  Tapmacalar, laylalar,sayaçı sözlər, nazlamalar,bayatılar, atalar sözü və məsəllər.

Sual: Hansı atalar sözlərini deyə bilərsiniz?

  1. Elm ağlın çırağıdır.
  2. Ağıl yaşda deyil, başdadır
  3. İstəyirsən bal – çörək,

Al əlinə bel  - kürək.

  1. Vətənə gəldim, imana gəldim
  2. İgid ölər adı qalar,

Müxənnətin nəyi qalar?

  1. Ağalıq verimlədir, igidlik vurumla.

Sual: Igidlik haqqında atalar sözlərin də yada saldız. Deyin görüm, hansı insana igid demək olar?

Cavab: Bir işdə, döyüşdə qoçaqlıq,cəsarət, qəhrəmanlıq,mərdlik göstərən adama igid deyilir.

Dediyiniz kimi, bayatılar da şifahi xalq ədəbiyyatına aiddir. Gəlin, igidlik haqqında olan bayatıları yada salaq.

  1. El batır qəm dəryada,

Kimə gedim mən dada?

İgid göyüşdə ölsə,

Adı qalar dünyada.

 

  1.  İgid gərək atlana,

 Atın minə, atlana,

 Mərd odur ki, döyüşdə

 Hər yaraya qatlana.

  1.  Bu sazı alan gəlməz,

                Oxuyub-çalan gəlməz,

                 İgidi öldürsələr,

                 Dilinə yalan gəlməz.

  1. Mərd anadan mərd oğul,

 Yada ağa, mərdə qul,

 Qorxaq töhmət gətirər,

 Baş ucaldar mərd oğul.

   

(slayd) Sual: Azərbaycan xalqın hansı qəhrəmanların deyə bilərsiniz?

        Cavab:  Qaçaq Nəbi, Həcər, Babək, Dədə Qorqud, Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd, Burla Xatun, Koroğlu.

(slayd) “Koroğlu” – сценка.

(slayd) MÜƏLLİM: Diqqətinizi interaktiv lövhəyə yönəldirəm. Verilmiş hərflərdən hansı sözü qura bilərsiniz.

ŞAGİRDLƏR: nal,cam, tac,an, tala.

MÜƏLLİM: Verilmiş hərfləri işlədərkən, siz bir söz qurmalısınız.

ŞAGİRDLƏR: Yanıltmac

MÜƏLLİM: Yanıltmac nə deməkdir?

ŞAGİRDLƏR: Yanıltmac -  Dil dolaşmadan tez tez deyilməsi çətin olan söz birləşməsi əsasında qurulan cümlə, ifadə (xalq yaradıcılığının məzəli formalarından biri);

Getdim gördüm bir bərədə bir bərbər o biri bərbəri bər – bər bəyirdir.

Getdim, gördüm bir dərədə iki kar,kor,kürkü yırtıq kirpi var.

Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.

Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.

Müəllim - Sual: Uşaqlar,şifahi ədəbiyyatla yazılı ədəbiyyatın fərgi nədədir?

Cavab: Şifahi ədəbiyyatı xalq yaradır, yazılı ədəbiyyatın isə müəllifi olur.

M. - Gəlin Azərbaycan xalq şairlərin yada salaq.

Ş. – Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nizami Gəncəvi,  Abbas Səhhhət, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Seyid Əzim Şirvani. Fikrət Qoca, Məmməd Araz, Süleyman Rüstəm.

M. – Gəlin şeirləri dinləyək.

1.N.Gəncəvi “Oğlun Məhəmmədə nəsihət”

2.B.Vahabzadə “Azərbaycan”

3.Şagird – Anan dilimiz haqqında Bəxtiyar Vahabzadə yazdığı bu misralar çoxlarının dillər əzbəridir:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımız dır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir…onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Müəllim - Biz Rusiyada yaşayan azərbaycanlılarıq. Bizim iki vətənimiz var. Ana yurdumuz Azərbaycandır, doğma vətənimiz isə Dağıstandır.

Dağıstanda azərbaycan dilində yazan şairlər çoxdur: Fəzail Xocayev,Adil Abasov,Nəriman Ağasiyev,Zeynəb Dərbəndli,Rəna Dərbəndli, Hacıbala Sənsiz, Tahir Saleh.

Bu şairlərdən qısa layihələr hazırlamalıyıdız. Uşaqlar, layihələrinizi təqdim edin.

1.Tahir Saleh

Tahir Saleh.

Hər kəs öz ana dilini öyrənməli, oxumalı və bilməlidir. Hər halda rus dilində danışmaq gözəldirsə, ana dilimizi bilmək, onu qoruyub saxlamaq daha vacibdir.Axı ana dili milli sərvətimizdir, o hamımız üçün müqəddəs olmalıdır.

Bu tahir Salehin sözləridir. Tahir Saleh lirik şairidir. Onun narahat qəlbinin çırpıntıları oxuçunu mənəvi saflığa, halallığa, Vətən torpağının qədrini bilməyə çağırır.

“Sağlıq” – 1986 il.

Dəmir qapı Dərbənd - el əmanəti,

Dünyalar qədərdir qədri – qiyməti.

Dost edib bir şəhər neçə milləti,

Eşq olsun deyirəm mən Dağıstana!

Tahir Saleh Dağıstan – Azərbaycan və digər Qafqaz xalqlarının dostluğunu tərənnüm edir,yeri gələndə zamanın insana gətirdiyi bəlaları da qələmə alır.

“O müdhiş gecədən sonra” – yanvar,1990

“Bakının dərdi var,  Bakı xəstədir...”

Dünyanın qulağı yenə səsdədir.

“Dostlar”  bu torpağa zülüm gətirib,

Zülm yox, bu dəfə ölüm gətirib!

Bu yurdda əbədi qalmağa gəlib,

Təzə qəbristanlıq salmağa  gəlib.

Tahir Saleh Dərbənddə fəaliyyət göstərən “Gülüstan” ədəbi birliyinin sədri və eyni adlı qəzetin təsisçisidir.

O, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir, Rusiya Jurnalistlər İttifaqının üzvüdür. “Qafqaz” jurnalının Dağıstan üzrə rəhbəridir. Azər. TAC – ın, RİA – nın və Türkiyə  MTB – nin təmsilçisidir.

Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, təbiətini, insanların daxili aləmini tərənnüm edir. Onun şeirlərində Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.

1 .Şeir.”Narın Qala”

2. Şeir.”Dərbəndə gəl”

      3. Hacıbala Sənsiz

       4.Adil Abasov.

Adil Ababsov

1928 – ci ildə Dərbəndin qədim divarları arasında dünyaya göz açan, bütün ömrü boyu bu qədim torpaqda yaşayıb yaradan Adil Abasov  haqqında qısa məlumat vermək istərdim.

Adil Xosrov oğlu Abasov Həvəskar şair olsada, o pəşəkar  şairlik gücünə malikdir. Şair poeziyaya, sənətə böyük məhəbbət bəsləyir. Bu yolda fədakarlıq göstərir, durmadan yazıb yaratmağa çalışır. Onu hamı narahat qəlbli şair kimi tanıyır.  Onun üçün doğma Dəmirqapı Dərbənd hər şeydən müqəddəsdir.

“ Dərbənd”

Dərbəndin sədası çatıb hər yana,

Hamı gəlir səni təbrikə,Dərbənd.

Tutubsan dünyada ən yüksək yeri,

Şöhrətin yayılıb hər yana, Dərbənd.

 Müəllif Dərdəndin həyatında baş verən hadisələri, Vətənə, torpağa, dostlara sədaqətini, doğma,yaxın adamların faciələrini,kədərini, sevinc və fərəhini şeirlə ifadə edir, ürəyindən gələn sözlərini oxuçuya çatdırır. Azərbaycan xalqının dərdləri, əzabları və başına gələn müsibətlər də şairin diqqətindən yayınmır. O, xalqın istək və arzularını qəlbində yaşadır, dünya və həyat haqqında  fikirlərini şeirlərində tərənnüm edir.

  1. Şeir “Azərbaycan”

Adil Abasovun güclü poetik yaddaşı var. Azərbaycan ədəbiyyatın tarixi, gürkəmli şair və mütəfəkkirlərin  yaradıcılığı ilə yaxından tanışdır. Onların bir çox müdrik  kəlamlarını, poetik nümunələrini əzbərdən bilir.  O,”Gülüstan” ədəbi birliyinin  fəxri üzvü kimi poeziya məclislərində fəal iştirak edir, böyük həvəslə şeirlər deyir.

  1. Şeir “Dərbənd elində”

MÜƏLLİM: Gözəl sözün gözəl xüsusiyyətləri vardır. Şeir yazanın adı şeir vasitəsilə aləmdə ədəbi olaraq qalır. Onun nəzmi özgələrə də şadlıq və zövq  verir.    

 MÜƏLLİM: Beləliklə, Rusiya ölkəsinin, Dağıstan respublikasının, Dərbənd şəhərində yaşayan və şeirlər yazan şairə söz vermək istəyirik.        

(söz Tahir Saleyə)

MÜƏLLİM: Qonaqlarımız üçün azərbaycan xalq musiqisi və rəqsi.

  1. Tarda musiqi
  2. Rəqs “naz eləmə”


Предварительный просмотр:


Подписи к слайдам:

Слайд 2

Ədəbiyyat hansı dildən gələn sözdür? Ədəbiyyat sözün mənası? Ədəbiyyatın neçə növü var? Ədəbiyyat nə deməkdir?

Слайд 3

Tapmacalar, laylalar,sayaçı sözlər, nazlamalar, bayatılar, atalar sözü və məsəllər. Şifahi ədəbiyyatı

Слайд 4

Azərbaycan xalq qəhrəmanları

Слайд 6

y m t l a n ı a c

Слайд 7

y a n ı l t m a c

Слайд 8

Azərbaycan xalq şairləri

Слайд 12

Dərbəndin sədası çatıb hər yana, Hamı gəlir səni təbrikə,Dərbənd. Tutubsan dünyada ən yüksək yeri, Şöhrətin yayılıb hər yana,Dərbənd .


По теме: методические разработки, презентации и конспекты

Татары на Волге(открытое мероприятие по толерантности)

Татары на Волге(открытое мероприятие по толерантности)...

Сценарий открытого мероприятия по английскому языку «Викторина по истории и культуре Санкт-Петербурга» среди учащихся 10-11-х классов. (на основе учебного пособия «Санкт-Петербург: тексты и упражнения. Книга II». Автор: Гацкевич М.А.)

Конспект открытого мероприятия по английскому языку«Викторина по истории и культуре Санкт-Петербурга»среди учащихся 10-11-х классов.(на основе учебного пособия «Санкт-Петербург: тексты и упражне...

Открытое мероприятие " Traditional English dishes"

В начале учебного года учащиеся 6 го класса повторяли названия блюд,изученных  на уроках в 5 классе. Старшие школьники ораганизовали для малышей данное открытое мероприятие,чтобы в игровой форме ...

Открытое мероприятие "Приятного аппетита"

Данныое мероприятие поможет расширить знания детей о правилах питания....

Общешкольное открытое мероприятие, приуроченное к открытию Олимпийских игр: «В здоровом теле здоровый дух»

Знакомство с историей Олимпийских игр, зимними видами спорта включёнными в программу Олимпийских игр. Ознакомление учащихся с правилами здорового образа жизни....

Открытое мероприятие « Сказка и быль» ( день открытых дверей в кабинете физики для начальной школы)

Физика – одна из многочисленных наук о природе. С физическими явлениями человек сталкивается ежедневно. Физика вокруг нас, в каждом движении, во взгляде, в дыхании, на кухне, в быту, в природе. Все те...

Мастер-класс по подготовке открытого мероприятия. На примере мероприятия "Исторический бой"

Материал дает возможность просто и быстро понять схему подготовки любого школьного мероприятия....