устное народное творчество "Sayaçı sözləri"
план-конспект урока (6 класс) на тему

Мамедова Тамила Бабаевна

устное народное творчество "Sayaçı sözləri"

Скачать:

ВложениеРазмер
Файл sayaci_sozlri_6_sinif.docx17.55 КБ

Предварительный просмотр:

Sayaçı sözləri də əməк nəğmələrinin ən geniş yayılmış növlərindəndir. Əgər holavarlarda xışı, kotanı dartıb yeri şumlayan öküzləri müraciət olunursa, sayaçı sözlərində bu qoyunçuluqla əvəz olunur. Sayaçı nəğmələrinin yaranma tarixi də çox qədimdir. Nəğmələrin özlərin də onların Adəm atadan qalması belə bildirilir:

Bu saya kimdən qalıb,

Adəm atadan qalıb.

Sayaçı sözlərində qoyun, quzu, keçidən bəhs edilir. Onların insanlara verdikləri xeyirdən danışılır. Doğrudan da, qoyun-quzu bolluq-bərəkət, var-dövlətdir. Əbəs yerə deyilmir ki :

Qoyunlu evlər gördüm,

Qurulmuş yaya bənzər.

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

Qoyunun südü, qatığı, yağı, pendiri çox dadlı olur. Ətindfl növ-növ yeməklər bişirilir. Yunundan corab, paltar-palaz, xalça-kilim yorğan-döşək hazırlanır. Bunları sayaçı sözlərinin özlərindən də görmək olur:

Nənəm, a nazlı qoyun,

Qırqovul gözlü qoyun.

Pendiri kəsmə - kəsmə,

Qaymağı üzlü qoyun.

Nənəm, a ağbaş qoyun,

Qarlı dağlar aş, qoyun.

Yağından plov olar,

                                          Quyruğundan aş, qoyun.        

            Nənəm, a şişək qoyun,

        Yunu bir döşək, qoyun.

        Bulamanı tez yetir,

        Gözləyir uşaq, qoyun.

       Qoyunlar gəzər dağı,

       Gələr payızda yağı.

       Qızlara cehiz olar,

       Uşağa bələn bağı.

' Sayaçı sözləri daha çox qoyunların quzulamağa başladığı vaxtda, yaud qoyun qırxımı zamanı oxunulur. Bu da sayaçı sözlərini mərasim nəğmələrinə oxşadır. Bu vaxtlarda daha çox oğlan uşaqları ya çoban paltarı geyib özləri ilə də bir neçə qoyun-quzu gəzdirə-gəzdirə, ya da bir qoyun dərisi geyib başlarına qoç, keçi buynuzları bağlayıb sayaçı nəğmələri oxuya-oxuya evlərdən pay yığırlar.

 "Sayaçı” sözündəki “saya” haqqında çox danışılıb, çox yazılıb. Bu söz “kölgə”, “bolluq”, “bərəkət”, “nəğmə”, “say-rəqəm”, “yol göstərən”,t “qəbilə”, “tayfa” və s. mə’nalarda da yozulub. Əslində sayaçı daha çox “çoban nəğmələri” deməkdir.

   Sayanın “çoban” sözünü bildirməsi atalar sözü və məsəllərdən də bəlli  olur: “Sayanın oxu, qurdun xofu yaman olur”, “Saya sözündən, qurd gözündən tanmar”, “Sayanın yarı davar, dağın yarı qar”, “Saya- tox, davarı çox” və s.

 Sayaçı sözlərin bir qismi bayatılara oxşayır. Amma məzmununa diqqət yetirdikdə,sayaçı sözlərinin qoyunçuluğa aid olduğu başa düşülür.

Sayaçı sözləri.

Salaməleyk say bəylər,

Bir-birindən yey bəylər!

Saya gəldi gördünüz?

Salam verdi aldınız?

Alnı təpəl qoç, quzu,

 Sayaçıya verdiniz?

 Siz sayadan qorxmursuz,

 Səfa olsun yurdunuz!

 Ulamasın qurdunuz!

 Ac getsin avanınız,

Tox gəlsin çobanınız.

 Bu saya yaxşı saya,

 Həm çeşməyə, həm çaya.

Həm ülkərə, həm aya,

Həm yoxsula, həm baya.

Bu saya kimdən qaldı?

 Adəm atadan qaldı.

Adəm ata gələndə,

 Qızıl öküz duranda,

 Qızıl buğda bitəndə,

Dünya binnət olanda.

Musa çoban olanda

Şişliyimiz erkəcdi.

Onun dərdli uludu,

 Aşıqlığı qurudu.

Ucası qiymətlidi,

 Qabırğası dadlıdı.

 Qabırğa içi pərdə,

Salmaz adamı dərdə.

 Pərdəsi iki rəngdi,

Böyrək ona dirəkdi,

Altimış arşın bağırsaq,

 Bir-birinə ulğaşıq.

Qoyun baxar dağlara,

 Sel tək axar dağlara.

Arandan dönən sürü

Yayda çıxar dağlara.


По теме: методические разработки, презентации и конспекты

Использование устного народного творчества на уроках биологии.

В данном материале приведено обоснование целесообразности применения приемов устного народного творчества на уроках биологии. Даны примеры применения материала на урокахю...

сценарий утренника во 2 классе СОШ. Устное народное творчество "Посиделки"

Сценарий утренника во 2 классе начальной образовательной школы. Проводится после прохождения темы "Устное народное творчество". В материале дана пояснительная записка, сценарий, нотный материал, хорео...

Устное народное творчество

Презентация к вводному уроку литературы в 5 классе...

Контрольная работа по теме "Устное народное творчество" для учащихся 6 класса

Данную контрольную работу можно провести на уроке контроля знаний после изучения темы "Устное народное творчество" по литературе в 6 классе. Время выполнения - 40 минут....

Презентация "Народная сказка" может использоваться на уроках литературы в 5 классе при изучении устного народного творчества.

Данная презентация содержит интересный материал о народной сказке, ее особенностях и принципах построения. В работе использован иллюстративный материал, помогающий наглядно почувствовать прелесть сказ...

Устное народное творчество. Частушки и предания. "О покорении Сибири Ермаком", "О Пугачёве". Предание как исторический жанр народной прозы.

Рабочие материалы в форме презентации, конспект урока  и  карточки для самостоятельной работы  к уроку литературы в 8 классе....